Bakı. 31 may. REPORT.AZ/ Azərbaycanın gömrük sərhəd məntəqələrindəki "mavi" və "sarı" dəhlizlərdə yüklərin yoxlanılması zamanı post-audit sistemi tətbiq ediləcək. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Amerika Ticarət Palatasının (AmCham) bu gün Bakıda keçirilən toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, "yaşıl" dəhlizdə də post-audit xidməti tətbiq edilə bilər: "Qaydalara görə, "yaşıl" dəhlizdə 10%-ə qədər, "mavi" və "sarı" dəhlizlərdə isə 50%-ə qədər post-audit tətbiq edilə bilər. "Qırmızı" dəhlizdə isə bütün gömrük qaydaları tətbiq olunacaq".