Şöbə müdiri: "Azərbaycanda həyata keçirilən 40 layihə DİM-ə uyğunlaşdırılıb"

Şöbə müdiri: "Azərbaycanda həyata keçirilən 40 layihə DİM-ə uyğunlaşdırılıb" Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən 40 layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM) layihəsinə uyğunlaşdırılıb.
Biznes
7 May , 2024 13:21
Şöbə müdiri: Azərbaycanda həyata keçirilən 40 layihə DİM-ə uyğunlaşdırılıb

Azərbaycanda müxtəlif dövlət qurumları tərəfindən həyata keçirilən 40 layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi (DİM) layihəsinə uyğunlaşdırılıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin şöbə müdiri, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu çərçivəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu layihələrin Azərbaycanda reallaşdırılmasına baxmayaraq beynəlxalq əhəmiyyət daşıyır.

"2022-2026-cı illər üzrə Azərbaycan Respublikasının Sosial-İqtisadi İnkişafı Dövlət Proqramında 4 əsas sahəyə sərmayə qoyulması nəzərdə tutulub. Bunlar "yaşıl enerji", qida, infrastruktur və ekologiya sahələridir. Bu sahələrə dair hazırlanan layihələr və yatırılan investisiya da BMT-nin DİM proqramına uyğunlaşdırılıb", - deyə H.Hüseynov vurğulayıb.

H.Hüseynov bildirib ki, Azərbaycan hökuməti prioritet hesab etdiyi 17 məqsəd, 88 hədəf və 119 göstərici üzrə dövlət proqramlarının, fəaliyyət planlarının və strateji sənədlərin DİM-in məqsəd və hədəfləri ilə uzlaşdırması istiqamətində davamlı fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi