​Rusiya Dövlət Dumasında "Bakı I Avropa Oyunlarının paytaxtıdır" adlı sərgi açılıb

​Rusiya Dövlət Dumasında "Bakı I Avropa Oyunlarının paytaxtıdır" adlı sərgi açılıb Açılış məşhur idmançılar Marat Safin və Tatyana Dolgunovanın iştirakı ilə baş tutub
Avropa Oyunları
8 İyun , 2015 17:47
​Rusiya Dövlət Dumasında Bakı I Avropa Oyunlarının paytaxtıdır adlı sərgi açılıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Rusiya Dövlət Dumasında "Bakı I Avropa Oyunlarının paytaxtıdır" adlı foto-sərgi açılıb. "Report" Rusiya Federasiyası Dövlət Dumasının rəsmi saytına istinadən xəbər verir ki, fotosərgini Dövlət Dumasının deputatı Dmitri Savelev, idmançılar Marat Safin və Tatyana Dolgunova açıblar.

Azərbaycanda keçiriləcək irimiqyaslı idman tədbirini alqışlayan D.Savelev qısa zaman ərzində böyük işlərin görüldüyünü qeyd edib. Deputat deyib ki, bu müddət ərzində müasir tələblərə cavab verən idman komplekslərinin inşası və idmançılar üçün rahat şəraitin yaradılması dost ölkə olan Azərbaycanın rəhbərliyi tərəfindən həyata keçirilən böyük işlərin nəticəsidir. O, eləcə də Rusiya və Azərbaycan idmançılarına yarışlarda qələbə arzuladığını da bildirib.

Marat Safin Azərbaycan üçün hər şeyin uğurla keçməsini, bütün idmançılara isə yüksək nailiyyətlər arzulayıb.

Tatyana Dolgunova Bakıda inşa olunan möhtəşəm gimnastika arenasına heyran olduğunu söyləyib. O, belə bir gimnastika arenasının Avropanın heç bir ölkəsində mövcud olmadığını qeyd edərək, hamını Bakıya, bu möhtəşəm idman bayramında iştirak etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi