Məşhur Rusyalı boksçu Qərbin Avropa Oyunlarına yanaşmasını tənqid edib

Məşhur Rusyalı boksçu Qərbin Avropa Oyunlarına yanaşmasını tənqid edib "Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdləri qəbuledilməzdir"
Avropa Oyunları
18 İyun , 2015 06:44
Məşhur Rusyalı boksçu Qərbin Avropa Oyunlarına yanaşmasını tənqid edib

Bakı. 18 İyun. REPORT.AZ/ Dünya Boks Assosiasiyasının versiyasına görə keçmiş dünya çempionu Nikolay Valuyev bir sıra Qərb dövlətinin "Bakı 2015" I Avropa Oyunlarına qarşı münasibətini tənqid edib.

"Report"un "Arqumenti i Fakti" qəzetinə istinadən verdiyi xəbərə görə, Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini əsassız adlandıran Valuyev, oyunların açılış mərasimində iştirak etməyən Avropa liderlərinin əsl simalarını göstərdiyini vurğulayıb.

Rusiyalı boksçunun sözlərinə görə, idman siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi isə qəbuledilməzdir: "Niyə Avropa Oyunlarının açılış mərasiminə qatılmadılar? Həm də ona görə ki, Azərbaycan Rusiya ilə "düzgün" əlaqə qurmur. Qərbin qaydalarına görə hərəkət etməyən ölkələrə qarşı siyasi və iqdisadi təzyiq prinsipi tətbiq olunur".

Son xəbərlər

Orphus sistemi