Londonda "Bakı-2015"in təqdimatı keçiriləcək

Londonda "Bakı-2015"in təqdimatı keçiriləcək Nazir Azad Rəhimov mərasimdə iştirak etmək məqsədlə Londona gedib
Avropa Oyunları
27 Aprel , 2015 14:47
Londonda Bakı-2015in təqdimatı keçiriləcək

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Londonda "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimov mərasimdə iştirak etmək üçün Londona gedib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Londonun məşhur "The Dorchester Hotel" ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara "Bakı-2015" Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq. Eyni zamanda, qonaqlara konsert proqramı və Azərbaycan tarixini, mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi