Yuxarı
    Bağlamaq

    Londonda "Bakı-2015"in təqdimatı keçiriləcək

    Nazir Azad Rəhimov mərasimdə iştirak etmək məqsədlə Londona gedib

    Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün Londonda "Bakı-2015" Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək. Gənclər və idman naziri Azad Rəhimov mərasimdə iştirak etmək üçün Londona gedib. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

    Londonun məşhur "The Dorchester Hotel" ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

    Təqdimat mərasimi çərçivəsində qonaqlara "Bakı-2015" Avropa Oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq. Eyni zamanda, qonaqlara konsert proqramı və Azərbaycan tarixini, mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi