​I Avropa Oyunları məşəlinin idman obyektlərində gəzintisinə başlanılıb

​I Avropa Oyunları məşəlinin idman obyektlərində gəzintisinə başlanılıb Məşəl 5 idman obyektində olub
Avropa Oyunları
8 İyun , 2015 15:46
​I Avropa Oyunları məşəlinin idman obyektlərində gəzintisinə başlanılıb

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları məşəlinin yarışların keçiriləcəyi idman obyektlərində gəzintisinə başlanılıb. "Report"un məlumatına görə, artıq məşəl 5 idman obyektində olub. 

Məşəli BMX veloparkında "Kim? Harda? Necə?" intellektual oyununun qalibi Balaş Qasımov, Bakı Su İdmanı Mərkəzində Tatyana Nikitina və Yekaterina Valyulina, Basketbol Arenasında milli komandanın baş məşqçisi Elxan Əliyev, Dağ velosipedi idmanı veloparkında YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov, Bilgəh çimərliyində aktyor Tahir İmanov daşıyıb. 

Az sonra məşəl Heydər Əliyev adına İdman Arenası, Milli Gimnastika Arenası, Tofiq Bəhramov adına Respublika Stadionu və Kristal Zalda olacaq. 

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.

Son xəbərlər

Orphus sistemi