Daha bir şirkət "Bakı-2015"in rəsmi tərəfdaşı olub

Daha bir şirkət "Bakı-2015"in rəsmi tərəfdaşı olub Şirkət həm də xüsusi olaraq I Avropa Oyunları üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək
Avropa Oyunları
15 Yanvar , 2015 15:17
Daha bir şirkət Bakı-2015in rəsmi tərəfdaşı olub

Bakı. 15 yanvar. REPORT.AZ/ "Coca Cola" şirkəti "Bakı-2015" I Avropa Oyunlarının rəsmi tərəfdaşı olub. "Report"un məlumatına görə, tərəflər arasında rəsmi müqavilə bu gün Bakıda imzalanıb.

Anlaşmaya əsasən, "Bakı-2015" brendi şirkətin bütün Azərbaycan ərazisindəki "Coca Cola" və "Bonaqua" içkilərinin etiketləri üzərində əks olunacaq. Şirkət həm də xüsusi olaraq I Avropa Oyunları üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək, Oyunlarla bağlı məlumatlılığı artırmağa kömək edən kompleks marketinq kampaniyasına başlayacaq.

Qeyd edək ki, "Coca Cola" "Bakı-2015"in 7-ci tərəfdaşıdır.

Son xəbərlər

Orphus sistemi