​"Bakı 2015":​ Azərbaycan daha bir medalı təmin edib - YENİLƏNİB

​"Bakı 2015":​ Azərbaycan daha bir medalı təmin edib - YENİLƏNİB Radik İsayev Traykoviçə 17:2 hesabı ilə qalib gəlib
Avropa Oyunları
19 İyun , 2015 17:29
​Bakı 2015:​ Azərbaycan daha bir medalı təmin edib - YENİLƏNİB

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı taekvondo yarışlarında təmsil edən Radik İsayev finala yüksəlib. "Report"un məlumatına görə, o, yarımfinalda İvan Konrad Traykoviçə 17:2 hesabı ilə qalib gəlib.

Xal fərqi olduğundan, 3-cü raunda ehtiyac olmayıb və görüş 2 hissədən sonra başa çatıb.
+80 kq çəki dərəcəsində qızıl medal uğrunda döyüşdə R.İsayevin rəqibi Vladis Larin (Rusiya) - Vedran Qoleç (Xorvatiya) cütünün qalibi olacaq.

*** 15:31

Bakı. 19 iyun. REPORT.AZ/ " Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı taekvondo yarışında təmsil edən Radik İsayev yarımfinala yüksəlib. "Report"un məlumatına görə, o, 1/4 finalda Hollandiya idmançısı ilə üz-üzə gəlib.

+80 kq çəki dərəcəsində gedən döyüş R.İsayevin 8:6 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan təmsilçisi bu mərhələdə İvan Konrad Traykoviç (Sloveniya) və Leonordo Basile (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.

*** 15:17

"Bakı 2015" I Avropa Oyunlarında taekvondo üzrə yarışlar davam edir. "Report"un məlumatına görə, Azərbaycan idmançısı Radik İsayev bu gün mübarizəyə qoşulacaq.

O, 1/4 final mərhələsində +80 kq çəki dərəcəsində hollandiyalı Jeroen Vanruijlə üz-üzə gələcək.

Qadınların yarışında isə Azərbaycan təmsilçisi Marina Tedeyeva döşək üzərinə çıxıb. +67 kq çəki dərəcəsində onun rəqibi ukraynalı Marina Koniyeva olub. İlk raunddakı görüş Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 4:10.

Son xəbərlər

Orphus sistemi