Bu gün l Avropa Oyunlarında iştirak etmək üçün daha 494 idmançı Bakıya gəlir

Bu gün l Avropa Oyunlarında iştirak etmək üçün daha 494 idmançı Bakıya gəlir Dünən yarışı bitirənlər isə Azərbaycanı tərk edəcəklər
Avropa Oyunları
14 İyun , 2015 11:23
Bu gün l Avropa Oyunlarında iştirak etmək üçün daha 494 idmançı Bakıya gəlir

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" l Avropa Oyunlarında iştirak etmək üçün daha 494 idmançı Bakıya gəlir. “Report” xəbər verir ki, bunu mətbuat konfransında l Avropa Oyunları Әməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib. 

"Bu gün daha 494 idmançı Bakıya gələcək. Dünən yarışı bitirənlər isə Azərbaycanı tərk edəcəklər", - o deyib.

Onun sözlərinə görə, bu günədək voleybol yarışı çox geniş tamaşaçı kütləsi cəlb edib və dünən keçirilən yarışlara 17 mindən çox tamaşaçı qatılıb: “Hətta insanları "Cristal Holl"a çatdırmaq üçün avtobuslar çatmırdı. Sabah Azərbaycanda Milli Qurtuluş Günüdür və istirahət günü olduğundan tamaşaçıların sayının daha çox olacağını ehtimal edirik".

O vurğulayıb ki, Oyunlarda azərbaycanlı idmançıların medallar qazanması sevindirici haldır: "Bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək". 

Son xəbərlər

Orphus sistemi