"Bakı 2015"də velosiped idmanı üzrə şosse yarışının mükafatçıları müəyyənləşib - YENİLƏNİB

"Bakı 2015"də velosiped idmanı üzrə şosse yarışının mükafatçıları müəyyənləşib - YENİLƏNİB Azərbaycan velosipedçisi Alyona Pavluxina 32-ci yeri tutub
Avropa Oyunları
20 İyun , 2015 15:29
Bakı 2015də velosiped idmanı üzrə şosse yarışının mükafatçıları müəyyənləşib - YENİLƏNİB

Bakı. 20 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında velosiped idmanının şosse növü üzrə qadınların mübarizəsinə yekun vurulub. "Report"un məlumatına görə, 121 km-lik məsafənin yekununda finişə belaruslu Alyona Amialyusik hamıdan birinci çatıb.

İkinci yeri polşalı Katarjina Nivyadoma tutub. Üçüncü yer isə hollandiyalı Anna van der Breggenə qismət olub. Hər 3 velosipedçi 3 saat 20 dəqiqə 36 saniyə nəticə göstərib.

Azərbaycan təmsilçilərinə gəldikdə, Alyona Pavluxina 3 saat 25 dəqiqə 57 saniyə nəticə ilə 32-cü yeri tutub. Ülfət Nəzərli isə yürüşü yarımçıq tərk edən 16 velosipedçidən biri olub. 

*** 12:05

"Bakı 2015" I Avropa Oyunlarında velosiped idmanının şosse növü üzrə qadınların mübarizəsinə start verilib. "Report"un məlumatına görə, 67 idmançının iştirak edəcəyi yarışda Azərbaycanı 2 velosipedçi təmsil edəcək. 

Bunlar Ülfət Nəzərli ilə Alyona Pavluxinadır. 

Yürüşün start və finişi Hökumət evinin qarşısında olacaq. İdmançılar şəhərin mərkəzi küçələri ilə hərəkət edəcəklər. 

Son xəbərlər

Orphus sistemi