"​Bakı 2015" Avropa Oyunlarının idman elçiləri elan edilib - SİYAHI

"​Bakı 2015" Avropa Oyunlarının idman elçiləri elan edilib - SİYAHI Bunlar Kseniya Mustafayeva, Rene Holten Poulsen, Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdir
Avropa Oyunları
16 Dekabr , 2014 16:12
​Bakı 2015 Avropa Oyunlarının idman elçiləri elan edilib - SİYAHI

Bakı. 16 dekabr. REPORT.AZ/ "Bakı 2015" Avropa Oyunlarının idman elçisi seçilmiş beynəlxalq idmançılar təqdim edilib. "Report"un məlumatına görə, öz idman növlərini təmsil etmək üçün seçilmiş idmançılar ilk Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.

Fransalı bədii gimnast Kseniya Mustafayeva və danimarkalı kanoeçi Rene Holten Poulsen, o cümlədən serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Deyan Maystoroviçdən ibarət basketbol 3x3 komandası idman elçisi təyin ediliblər. Onlar Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada geniş miqyaslı marketinq kampaniyalarına qatılacaqlar. 

Qeyd edək ki, "Bakı-2015" bu yaxınlarda 11 azərbaycanlı idman elçisini təqdim edib. Yaxın gələcəkdə daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi