​Azərbaycanın kişi kayakçısı Avropa Oyunlarında medal şanslarını itirib

​Azərbaycanın kişi kayakçısı Avropa Oyunlarında medal şanslarını itirib 23 yaşlı idmançı finala vəsiqə uğrunda mübarizədə finişə 36,104 saniyəyə çatıb
Avropa Oyunları
15 İyun , 2015 17:58
​Azərbaycanın kişi kayakçısı Avropa Oyunlarında medal şanslarını itirib

Mingəçevir. 15 iyun. REPORT.AZ/ Azərbaycanı I Avropa Oyunlarında təmsil edən Mirnazim Cavadov 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə yarımfinal yürüşünə qatılıb. "Report"un məlumatına görə, 23 yaşlı idmançı finala vəsiqə uğrunda mübarizədə finişə 36,104 saniyəyə çatıb.

Bu nəticə ilə öz yarımqrupunda 7-ci yeri tutan Cavadov əsas finala yüksələ bilməyib. O, iyunun 16-da saat 15:10-da B finalında (10 - 18-ci yerlər) çıxış edəcək. Azərbaycanlı kayakçının rəqibləri Miroslav Zatko (Slovakiya), Mustafa Gülbahar (Türkiyə), Arno İbua (Fransa), Saul Kraviotto Rivero (İspaniya), Denis Ambrozyak (Polşa), Maks Lemke (Almaniya), Aleksandr Senkeviç (Ukrayna) və Daniel Burkyu (Rumıniya) olacaq.

Qeyd edək ki, əsas final yürüşündə Yevgeni Lukantsov (Rusiya), Aleksey Rumyantsev (Latviya), Mikloş Dudaş (Macarıstan), Petter Menninq (İsveç), Ed Makkiver (Böyük Britaniya), İqnas Navakauskas (Litva), Marko Draqosavlyeviç (Serbiya), Jonatan Delomberd (Belçika) və Filip Svab (Çexiya) mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi