Azərbaycan MOK Kosovo idmançılarının Bakı-2015-də iştirakı məsələsinə münasibət bildirib

Azərbaycan MOK Kosovo idmançılarının Bakı-2015-də iştirakı məsələsinə münasibət bildirib Çingiz Hüseynzadə: "Bu, Beynəlxalq Olimpiya Komitəsinin qərarından asılıdır"
Avropa Oyunları
11 Noyabr , 2014 18:16
Azərbaycan MOK Kosovo idmançılarının Bakı-2015-də iştirakı məsələsinə münasibət bildirib
Bakı. 11 noyabr. REPORT.AZ/ Kosovo idmançılarının Bakı-2015 I Avropa Oyunlarında iştirakı bu ölkənin Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tamhüquqlu üzvlüyünə qəbulu məsələsindən asılı olacaq. Bunu "Report"a açıqlamasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. 

O bildirib ki, 8-9 dekabrda Rusiyanın paytaxtı Moskvada İOC-un Sessiyası keçiriləcək. Həmin toplantıda Kosovo Milli Olimpiya Komitəsinin də məsələsinə baxılacaq: "Kosovo tamhüquqlu üzv kimi olimpiya ailəsinə qəbul edilsə, idmançıları Bakıda keçiriləcək Avropa Oyunlarında da mübarizə aparacaqlar".

Ç.Hüseynzadə "Noyabrın 20-də Bakıda işə başlayacaq Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına Kosovo nümayəndələri gələcəkmi?" sualını isə belə cavablandırıb: "Hazırda bununla bağlı danışıqlar gedir. Hələ məsələ həllini tapmayıb". 

Qeyd edək ki, Azərbaycan Kosovonun müstəqilliyini tanımayıb.  

Son xəbərlər

Orphus sistemi