​Azərbaycanda regionların ixtisaslaşdırılmasına başlanılıb

​Azərbaycanda regionların ixtisaslaşdırılmasına başlanılıb Bütün sahələr üzrə metodologiyalar hazırlanıb
ASK
25 İyun , 2015 12:30
​Azərbaycanda regionların ixtisaslaşdırılmasına başlanılıb

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanda bölgələrin kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması prosesinə başlanılıb. Artıq regionların müxtəlif sahələr üzrə ixtisaslaşmasının metodologiyaları işlənilib hazırlanıb. Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə bildirib.

Onun sözlərinə görə, bölgələrin kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması ilə bağlı sahələrə dair fermerlərdən məlumatlar əldə ediləcək və real vəziyyət təhlil olunacaq.

"Regionlar üzrə ixtisaslaşma kənd təsərrüfatı üçün olduqca mühüm və böyük işdir. Regionlar üzrə ixtisaslaşma əmsallarının müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi kimi ideyaların üzərində axtarış aparılırdı. Məqsədimiz odur ki, bütün regionlarda məhsullar üzrə ixtisaslaşma əmsalları müəyyənləşdirilsin. Odur ki, bu il ərzində ixtisaslaşma, növbəti illərdə regionlar üzrə bölünmə işləri aparılacaq", - F.Fikrətzadə qeyd edib.

Son xəbərlər

Orphus sistemi