Azərbaycan və Rusiya elektron baytarlıq sertifikasiyası üzrə birgə sistem yaradacaq

Azərbaycan və Rusiya elektron baytarlıq sertifikasiyası üzrə birgə sistem yaradacaq Tərəflər həmçinin transsərhəd heyvan xəstəliklərinin profilaktikası və ona qarşı mübarizə məsələsində daha sıx əməkdaşlıqla bağlı razılıq əldə edib
ASK
24 Fevral , 2016 12:11
Azərbaycan və Rusiya elektron baytarlıq sertifikasiyası üzrə birgə sistem yaradacaq

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan və Rusiya elektron baytarlıq sertifikasiyası üzrə birgə sistemin tətbiqinə başlayacaq.

"Report" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qərar "Gulfood-2016" beynəlxalq sərgisi çərçivəsində Federal Xidmətin nümayəndələrinin Azərbaycan Baytarlıq Xidmətinin rəhbər müavini Balarəhim Quliyevlə fevralın 23-də keçirilən danışıqlarının yekunu əsasında qəbul edilib.

Məlumatda qeyd olunur ki, bu sahədə işlərin erkən başlaması üçün azərbaycanlı mütəxəssislər yaxın gələcəkdə Xidmətin bütün informasiya sisteminin işi ilə tanış olmaq məqsədilə Rosselxoznadzora səfər edəcək.

"Qafqaz regionunda mürəkkəb epizootik vəziyyəti nəzərə alaraq, tərəflər həmçinin həm bu regionda, həm də ümumilikdə transsərhəd heyvan xəstəliklərinin profilaktikası və ona qarşı mübarizə məsələsində daha sıx əməkdaşlıqla bağlı razılıq əldə edib", - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi