ABŞ səfiri Qırmızı Qəsəbədə olub

ABŞ səfiri Qırmızı Qəsəbədə olub ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Quba rayonunun Qırmızı Qəsəbə kəndində olub.
Xarici siyasət
29 Aprel , 2024 16:32
ABŞ səfiri Qırmızı Qəsəbədə olub

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Quba rayonunun Qırmızı Qəsəbə kəndində olub.

“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat paylaşılıb.

“ABŞ səfiri və xanımı Danusya Libbi yəhudilərin Pesax bayramını qeyd etmək üçün Quba rayonundakı Qırmızı Qəsəbə kəndində olublar. Burada dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşüblər. Onlar sinaqoqlara, muzeylərə, eləcə də Tağlı Körpüyə baş çəkiblər”, - paylaşımda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi