Binur Jalenov: "Qazaxıstanın iri bankları Azərbaycanda filiallarının açılmasında maraqlıdır"- EKSKLÜZİV

Binur Jalenov: "Qazaxıstanın iri bankları Azərbaycanda filiallarının açılmasında maraqlıdır"- EKSKLÜZİV Qazaxıstanın iri bankları Azərbaycanda filiallarının açılmasında maraqlıdır.
Maliyyə
15 May , 2024 18:57
Binur Jalenov: Qazaxıstanın iri bankları Azərbaycanda filiallarının açılmasında maraqlıdır- EKSKLÜZİV

Qazaxıstanın iri bankları Azərbaycanda filiallarının açılmasında maraqlıdır.

Bu barədə "Report"a açıqlamasında Qazaxıstanın Milli Bankının nəzdində olan "Milli Ödəniş Korporasiyası" ASC-nin İdarə Heyətinin sədri Binur Jalenov deyib.

O bildirib ki, Qazaxıstanın böyük bankları Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlıdır, amma banklar tərəfindən dəqiq hər hansı bir anons açıqlanmayıb.

"Azərbaycan banklarının da Qazaxıstan bazarına daxil olmasını istəyərdik. Amma rəsmi olaraq hər hansı bir məlumat bizə daxil olmayıb", - B. Jalenov əlavə edib.

Onun sözlərinə görə, Qazaxıstanla Azərbaycan mərkəzi bankları arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq kifayət qədər yaxşıdır: "Bu, həmçinin ödəniş sektoruna da aiddir".

Xatırladaq ki, bir müddət əvvəl Qazaxıstanın “Bank Fridom Finans Qazaxıstan”, “Xalıq Banq” və “Tuaran Alem” bankları Azərbaycan bazarına çıxmaqda maraqlaıını ifadə etmişdilər. Bundan başqa, bu ölkənin ikinci səviyyəli bankları da Azərbaycanın bank sektoruna qatılmaqda maraqlı olduqlarını bildiriblər.

Son xəbərlər

Orphus sistemi