Prezident bütün dünyada müşahidə olunan qeyri-sabitliyi debat iştirakçılarının diqqətinə çatdırıb və vurğulayıb ki, Türkiyə bütün münaqişələrin bitməsini arzu edir.
R.T.Ərdoğan qeyd edib ki, dünyada hələ də kimyəvi silahlardan istifadə edirlər, bunun nəticəsində Suriyada 2000 nəfər həyatını itirib. Türkiyə lideri həmçinin vurğulayıb ki, dünya ictimaiyyəti İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatları lazımi şəkildə qiymətləndirməyib və qınamayıb, İsrailin apardığı bu əməliyyatlar nəticəsində minlərlə insan, o cümlədən jurnalistlər həlak olub.
Çıxışın sonunda R.T.Ərdoğan BMT Təhlükəsizlik Şurasının 2015-16-cı illərdə qeyri-daimi üzvü qismində Türkiyənin namizədliyini dəstəkləməyə çağırıb.