Ərdoğanı Zəngilanda Prezident İlham Əliyev qarşılayıb

Ərdoğanı Zəngilanda Prezident İlham Əliyev qarşılayıb Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər ediblər.
Xarici siyasət
26 Oktyabr , 2021 17:18
Ərdoğanı Zəngilanda Prezident İlham Əliyev qarşılayıb
0 : 00
0 : 00

İlk xəbər 16:36-da verilib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə söhbət edib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçib.

Son xəbərlər

Orphus sistemi