Yunanıstanın XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib

Xarici siyasət
  • 02 fevral, 2016
  • 05:52
Yunanıstanın XİN başçısı Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 2 fevral. REPORT.AZ/ Yunanıstanın xarici işlər naziri Nikos Kotzias Azərbaycana rəsmi səfərə gəlib.

"Report"un Yunanıstanın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, birgünlük səfər çərçivəsində N.Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvləriylə, energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafı məsələsi müzakirə olunacaq.

N.Kotzias Bakıdan Amsterdama gedəcək.

44 filmi