Yaponiya İmperatoru Abid Şərifovu təltif edib

Yaponiya İmperatoru Abid Şərifovu təltif edib Baş nazirin müavini geniş lentli Gündoğar Ordeni ilə təltif olunub
Xarici siyasət
1339
29 Aprel , 2016 09:45
Yaponiya İmperatoru Abid Şərifovu təltif edib

Bakı. 29 aprel. REPORT.AZ/ Yaponiya hökuməti İmperator Akixito tərəfindən ordenlərlə təltif edilmiş 91 nəfər xarici namizədin adlarını açıqlayıb.

Yaponiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, təltif olunan arasında Azərbaycan baş nazirinin müavini Abid Şərifovun da adı var.

A.Şərifov Yaponiya və Azərbaycan arasında dostluq və xüsusilə iqtisadiyyat sahəsində tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi üçün göstərdiyi dəstəyin və töhfələrin, eləcə də iki ölkə arasında qarşılıqlı anlaşmanın təşviqinin tanınmasına görə geniş lentli Gündoğar Ordeni ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi