Azərbaycan XİN "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi qərarını şərh edib

Azərbaycan XİN "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi qərarını şərh edib Sual: Azərbaycan mətbuatında yayılan məlumata əsasən, Azərbaycan tərəfi ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ardınca, Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin fəaliyyətinin dayandırılmasına qərar verib. Bu barədə Rusiya tərəfinə
Xarici siyasət
6 fevral 2025 13:06
Azərbaycan XİN Rus Evinin fəaliyyətinə xitam verilməsi qərarını şərh edib

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın “Rossotrudniçestvo” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

O qeyd edib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

"Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir",-məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi