Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib

Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib 1 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə t
Xarici siyasət
1 Mart , 2022 18:43
Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi