XİN başçısı: Azərbaycan və Gürcüstan nail olduqları uğurlardan arxayınlaşa bilməz

XİN başçısı: Azərbaycan və Gürcüstan nail olduqları uğurlardan arxayınlaşa bilməz Azərbaycan və Gürcüstan nail olduğu uğurlardan arxayınlaşa bilməz.
Xarici siyasət
16 Yanvar , 2025 17:39
XİN başçısı: Azərbaycan və Gürcüstan nail olduqları uğurlardan arxayınlaşa bilməz

Azərbaycan və Gürcüstan nail olduğu uğurlardan arxayınlaşa bilməz.

"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.

“Azərbaycan-Gürcüstan əməkdaşlığı artıq özünü sübut edib. İki ölkənin iştirakı ilə qlobal layihələrə imza atılıb. Bu gün də, gələcəkdə də biz onların faydasını görəcəyik. Ancaq biz əməkdaşlıq üçün yeni istiqamətlər də axtarışındayıq”, - nazir vurğulayıb.

C.Bayramov əlavə edib ki, rəqabətədavamlı layihələrə imza atmaq vacibdir.

Son xəbərlər

Orphus sistemi