XİN başçısı: “Azərbaycan Ukraynaya humanitar yardım göstərməkdə davam edir”
Xarici siyasət
- 17 may, 2023
- 11:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində bildirib.
“Azərbaycan Ukraynadakı hazırkı böhranın Avropada sülh və təhlükəsizliyə xələl gətirməkdə davam etdiyinə görə dərin təəssüf hissi keçirir. Azərbaycan münaqişənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında tezliklə nizamlanmasının tərəfdarıdır. Ağır humanitar nəticələr insanların əzablarını yüngülləşdirmək üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu səbəbdən Azərbaycan Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edir”, - XİN rəhbəri deyib.
Son xəbərlər
09:34
Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq
Maliyyə
09:33
Azərbaycanın icmal büdcəsinin kəsirinin yuxarı həddi 5 % azaldılır
Maliyyə
09:29
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
Futbol
09:29
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 22 %-dən çox artırılır
Maliyyə
09:23
Azərbaycan dövlət zəmanətlərinin yuxarı həddini 2 dəfə artırır
Maliyyə
09:21
Salyanda kişini elektrik cərəyanı vuraraq öldürüb
Hadisə
09:21
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
Futbol
09:20
Azərbaycanda ehtiyat fondlarına ayırmalar sabit saxlanılır
Maliyyə
09:16
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
Maliyyə