XİN: "Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib"

XİN: "Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib" Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.
Xarici siyasət
16 Avqust , 2021 11:17
XİN: Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib

"Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur"

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

Azərbaycan XİN-dən "Report"a daxil olan məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".

Son xəbərlər

Orphus sistemi