Yuxarı

XİN İstanbulda törədilmiş terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır

Partlayış nəticəsində 36 nəfər həlak olub

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi dünən gecə saatlarında İstanbulda hava limanında törədilmiş terror aktlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini araşdırır.

Bu barədə "Report"a XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, terror aktı iyunun 28-də gecə saatlarında İstanbuldakı Atatürk hava limanının beynəlxalq terminalında törədilib. Rəsmi məlumatlara görə, partlayışlar nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər isə yaralanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi