XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirmək əzmindədir

XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirmək əzmindədir Azərbaycan 1994-cü il mayın 4-də NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub və Alyansla güclü və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.
Xarici siyasət
4 May , 2020 14:19
XİN: Azərbaycan NATO ilə əməkdaşlığı davam etdirmək əzmindədir
Report
0 : 00
0 : 00

Azərbaycan 1994-cü il mayın 4-də NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub və Alyansla güclü və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsindəki məlumatda deyilir.

“Azərbaycan Avro-Atlantik regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyi qorumaq üçün NATO ilə əməkdaşlığı davam etdirmək əzmindədir”, - XİN-dən bildirilib.

Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı 1992-ci ilin martında, ölkəmizin 1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası adlandırılan Mərkəzi və Şərqi Avropanın bəzi ölkələri ilə birlikdə yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasının Məşvərət Forumuna qatıldığı andan başlayıb. 1994-cü il mayın 4-də Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub.

NATO ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Təhlil Prosesi, Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı, Operativ İmkanlar Konsepsiyası, Tərəfdaşlığın Qərərgah Məsuliyyəti, Hərbi Təhsil Genişləndirmə Proqramı, Sülh naminə Elmi Proqramdan və s. digər vacib əməkdaşlıq mexanizmlərindən səmərəli istifadə edir. 

Son xəbərlər

Orphus sistemi