XİN: Azərbaycan Cənubi Osetiyadakı qondarma “seçkiləri” tanımır

Xarici siyasət
  • 10 iyun, 2019
  • 11:51
XİN: Azərbaycan Cənubi Osetiyadakı qondarma “seçkiləri” tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıb.  

XİN-dən "Report"a verilən məlumata görə, bəyanatda deyilir: 

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır".