Xələf Xələfov: "Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərin 30-40%-i başa çatıb"

Xarici siyasət
  • 09 dekabr, 2019
  • 06:22
Xələf Xələfov: Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərin 30-40%-i başa çatıb
Report/ Firi Salim

"Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərin 30-40%-i başa çatıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, bu məsələdə tərəflər arasında heç bir anlaşılmazlıq yoxdur.

"İşlərimiz plana uyğun şəkildə davam edir. Bu işi 2-3 il ərzində tamamlayacağımıza ümid edirik", - o bildirib.

Nazir müavini həmçinin qeyd edib ki, demarkasiya üzrə işçi qrupunun növbəti iclası gələn ilin birinci rübündə keçirilə bilər.

44 filmi