Vyetnam prezidenti Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 04 may, 2015
  • 04:36
Vyetnam prezidenti Azərbaycana səfər edəcək

Bakı. 4 may. REPORT.AZ/ Vyetnamın prezidenti Çıonq Tan Şanq (Truong Tan Sang) mayın 13-15-də Azərbaycana rəsmi səfər edəcək. "Report" Vyetnam KİV-inə istinadən xəbər verir ki, üç gün davam edəcək səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə baş tutacaq.

Bakıdakı görüşlər zamanı Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.