Bakı. 4 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya "Puşkin" medalını təqdim edib
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Təltifetmə mərasimi noyabrın 4-də Kremldə Rusiyada "Xalqların birliyi günü" ənənəvi bayram tədbirində keçirilib. Bu medala xarici ölkələrin 9 vətəndaşı layiq görülüb.
Rusiya Federasiyasının "Puşkin" medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.