Yuxarı

Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı yekun rəyini oktyabrda qəbul edəcək

Rəy Venesiya Komissiyasının növbəti plenar sessiyasında qəbul olunacaq

Bakı. 21 sentyabr. REPORT.AZ/ Avropa Şurasının Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı yekun rəyini oktyabrın 14-15-də keçiriləcək növbəti plenar sessiyasında qəbul edəcək.

Bu barədə "Report" VK-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, sentyabrın 6-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Venesiya Komissiyasından Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumu qiymətləndirməyi xahiş edib.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referendum sentyabrın 26-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi