Vali: “Azərbaycan” yaşayış massivinin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı gözlənilir

Vali: “Azərbaycan” yaşayış massivinin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı gözlənilir Türkiyənin Kahramanmaraş şəhərinin mərkəzində Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilən “Azərbaycan” yaşayış massivinin açılış mərasiminə hər iki ölkənin dövlət başçılarının qatılacağı gözlənilir.
Xarici siyasət
4 Fevral , 2025 14:33
Vali: “Azərbaycan” yaşayış massivinin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı gözlənilir
Mükerrem Ünlüer

Türkiyənin Kahramanmaraş şəhərinin mərkəzində Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilən “Azərbaycan” yaşayış massivinin açılış mərasiminə hər iki ölkənin dövlət başçılarının qatılacağı gözlənilir.

Bu barədə "Report"un Türkiyə bürosuna Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüer Türkiyə Prezident Adminstrasiyası yanında Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, Kahramanmaraşda Azərbaycana çox böyük sevgi var:

"Azərbaycan" yaşayış massivinin şəhərin mərkəzində tikintisi də bunu sübut edir. Məhz qardaş Azərbaycanın göstərdiyi dəstək zəlzələ zamanı münasibətlərimizi daha da yaxınlaşdırdı".

Vali bildirib ki, “Azərbaycan” yaşayış massivində binaların bir hissəsinin tikintisinin əsas mərhələsi başa çatıb:

"Bir-üç ay içərisində işlər tamamlanacaq və sakinlər əraziyə köçürüləcək".

Son xəbərlər

Orphus sistemi