Yuxarı
    Bağlamaq

    Usupaşvili: "Gürcüstan, Türkiyə və Azərbaycanın böyük potensialı var"

    Türkiyə, Gürcüstan və Azərbaycan Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirən mühüm özəkdir

    Bakı. 19 fevral. REPORT.AZ/ "Türkiyə, Gürcüstan və Azərbaycan Qara dəniz və Xəzər dənizi hövzələrini birləşdirən mühüm özəkdir. Onlar bir daha bütün dünyaya öz potensialını göstərməlidir".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri David Usupaşvili Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

    Gürcüstan parlamentinin rəhbəri birgə layihələrin önəmini qeyd edərək üçtərəfli əməkdaşlığın böyük perspektivlərinin olduğunu söyləyib.

    "Mövcud layihələr - neft kəməri, dəmir yolu, avtomagistral və digər kommunikasiya vasitələri hələ yalnız başlanğıcdır. Layihələrimiz daha çox olacaq. Çin və Avropa İttifaqı kimi güclü oyunçuların da bu prosesə qoşulması ölkələrimizin gələcək inkişafı üçün vacib şərtdir", - deyə Usupaşvili bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi