Rusiya Federasiya Şurasının sədr müavini: "Avropa Liqasının finalının Bakıda keçirilməsi Azərbaycanın dünyadakı yüksək nüfuzunun sübutudur"
- 29 may, 2019
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın dünya miqyasındakı artan nüfuzu sayəsində UEFA kimi beynəlxalq təşkilatlar özləri Bakıya belə genişmiqyaslı tədbirlərin keçirilməsini təklif edirlər.
Bu barədə "Report"un Rusiya bürosuna Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov bu gün keçiriləcək Avropa Liqasının final matçı barədə danışarkən bildirib.
"Azərbaycanın bu cür tədbirləri keçirmək üçün mübarizə apardığı vaxtlar olub. Bu gün isə Azərbaycanın nüfuzu o qədər yüksəkdir ki, bir çox beynəlxalq təşkilatlar, idman təşkilatları və ictimai təşkilatlar belə tədbirlərin Azərbaycanda keçirilməsinə özləri təşəbbüs göstərir. Bu, Azərbaycan Respublikasının yüksək səviyyəli diplomatiyasının daha bir nümunəsidir", - İ.Umaxanov deyib.
İqbal Rüstəmov