Ukraynanın NATO PA-da nümayəndəliyinin rəhbəri: Mühüm məsələlərdə Bakı ilə Kiyev bir-birini dəstəkləyir - EKSKLÜZİV

Ukraynanın NATO PA-da nümayəndəliyinin rəhbəri: Mühüm məsələlərdə Bakı ilə Kiyev bir-birini dəstəkləyir - EKSKLÜZİV “Ərazi bütövlüyü baxımdan eyni problemlə üzləşdiyimizi əsas tutaraq Azərbaycan nümayəndə heyəti Ukraynanın ərazi bütövlüyünü daim dəstəkləyir. Bunun müqabilində biz də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü də
Xarici siyasət
14 İyun , 2021 10:52
Ukraynanın NATO PA-da nümayəndəliyinin rəhbəri: Mühüm məsələlərdə Bakı ilə Kiyev bir-birini dəstəkləyir - EKSKLÜZİV
Yehor Çernev

“Ərazi bütövlüyü baxımdan eyni problemlə üzləşdiyimizi əsas tutaraq Azərbaycan nümayəndə heyəti Ukraynanın ərazi bütövlüyünü daim dəstəkləyir. Bunun müqabilində biz də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyirik”.

Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Yehor Çernev bildirib:

“Odur ki, fikrimcə, aramızda daha yaxından və müntəzəm qarşılıqlı əməkdaşlığa nail olmaq üçün çalışmalıyıq” – o qeyd edib.

NATO PA platformunda azad olunmuş ərazilərin minalardan təmizlənməsi, mina partlaması nəticəsində mülki şəxslərin həlak olması məsələlərin də qaldırılıb-qaldırılmamasına toxunan ukraynalı diplomat minalardan təmizləmə məsələsinin NATO PA-nın da, təşkilatın qərargahının da gündəmində olduğunu diqqətə çatdırıb.

Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlıq əlaqələrini dilə gətirən diplomat iki ölkə arasında ənənəvi mehriban münasibətlərin olduğunu bildirib: “Həmçinin aramızda böyük tarixə malik ticarət əlaqələri var. Keçən il iki ölkə arasında ticarət dövriyyəsi 720 milyon dollar təşkil edib”.

Ukraynanın NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbəni də yüksək qiymətləndirib:

“Məncə, bu nəticə çox səciyyəvidir. Müasir hərbi texnikadan istifadə etməklə həqiqətən də mükəmməl əməliyyat keçirildi. Bu gün çox səmərəli vasitə olan dronların tətbiqini xüsusi qeyd etməliyəm”.

Son xəbərlər

Orphus sistemi