Yuxarı
    Bağlamaq

    Ukraynanın keçmiş prezidenti: "Azərbaycan regionun lideridir, bu ölkənin güclü potensialı var"

    Ukraynalılar həmişə Azərbaycanı yaxın dost hesab ediblər

    Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan regionun lideridir, bu ölkənin ciddi imkanları, güclü potensialı var və təbii ki, Ukrayna Azərbaycanla əlaqələrin yüksək formada inkişafında həmişə maraqlı olmalıdır.

    "Report" xəbər verir ki, bunu Bakıda jurnalistlərə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko bildirib.

    O qeyd edib ki, nəinki Ukrayna dövləti, ümumiyyətlə, xalq olaraq ukraynalılar həmişə Azərbaycanı yaxın dost hesab ediblər: “Bu işdə Ukraynada yaşayan, daim ölkənin həyatında yaxından iştirak edən azərbaycanlılar da rol oynayır. Azərbaycanda olduğu kimi, Ukraynada da multikulturalizm, etnik xalqların birgə yaşayışı, mədəniyyətlər mübadiləsi yüksək formada olub. Buna hər kəs şahiddir. Məsələn, ölkədəki multikulturalizm dəyərinin nümunəsidir ki, bu gün bizdə Ukrayna Millətlər Assambleyası fəaldır və ona azərbaycanlı icmasının rəhbəri Rövşən Tağıyev rəhbərlik edir. R.Tağıyevin Assambleyaya rəhbərliyi sayəsində Ukraynada yaşayan etnik xalqlar ölkənin düşdüyü problemlərdən çıxış yollarında, döyüş bölgələrinə humanitar yardımlarda, ümumiyyətlə, ictimai-siyasi proseslərdə maraqlı təkliflərlə çıxış edirlər. Bizdə tez-tez azərbaycanlıların, tatarların, yəhudilərin, ümumiyyətlə, bütün xalqların təqdimatları olur və mən də ara-sıra bunun iştirakçısı oluram”.

    V.Yuşenko deyib ki, Azərbaycanın Avropa ilə əməkdaşlığını yüksək təqdir edir və Azərbaycanı Avropa üçün ən önəmli tərəfdaş hesab edir. Azərbaycanın siyasətindəki tarazlığın regionda uzunmüddətli sülhün və siyasi sabitliyin perspektivinə kömək göstərdiyini diqqətə çatdıran V.Yuşenko ölkənin dünyada güclənən səsini əhəmiyyətli amil olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi