Ukraynalı deputat: "Azərbaycan diasporunun nümayəndələri parlament seçkilərində iştiraka hazırdırlar"

Ukraynalı deputat: "Azərbaycan diasporunun nümayəndələri parlament seçkilərində iştiraka hazırdırlar" Ukraynadakı azərbaycanlı diasporunun nümayəndələri ölkənin ictimai siyasi həyatında, o cümlədən parlament seçkilərində iştirak edə bilər.
Xarici siyasət
23 İyul , 2021 15:57
Ukraynalı deputat: Azərbaycan diasporunun nümayəndələri parlament seçkilərində iştiraka hazırdırlar
Yaroslav Yurçişin

"Ukraynada Azərbaycan diasporunun nümayəndələri ölkənin ictimai-siyasi həyatında, o cümlədən parlament seçkilərində iştirak edə bilərlər".

Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının antikorrupsiya siyasəti komitəsi sədrinin birinci müavini Yaroslav Yurçişin bildirib.

“Ukraynada böyük Azərbaycan diasporu var. Ölkədə növbəti seçkilər açıq regional siyahılarla keçiriləcək. Ukraynanın şərqində, Zaporojyedə xeyli azərbaycanlı diaspor nümayəndələri var, onların bu siyahılara daxil olma ehtimalının yüksək olduğu qənaətindəyəm” – deyən ukraynalı deputat azərbaycanlıları ölkədəki müxtəlif siyasi qruplarla təmasda daha fəal olmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi