Ukraynadan Rumıniyaya gələn azərbaycanlılar pulsuz təyyarə reysi ilə İstanbula çatdırılır

Ukraynadan Rumıniyaya gələn azərbaycanlılar pulsuz təyyarə reysi ilə İstanbula çatdırılır Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə əlaqələndiricisi Vaqif Həsənov Ukraynadan Rumıniyaya gəlmək istəyən azərbaycanlılara müraciət edib.
Xarici siyasət
2 Mart , 2022 17:11
Ukraynadan Rumıniyaya gələn azərbaycanlılar pulsuz təyyarə reysi ilə İstanbula çatdırılır

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Rumıniya üzrə əlaqələndiricisi Vaqif Həsənov Ukraynadan Rumıniyaya gəlmək istəyən azərbaycanlılara müraciət edib.

"Report"un xəbərinə görə, V.Həsənov Rumıniyanın paytaxtı Buxarest şəhərində sığınacağın olduğunu bildirib:

"Bura gəlib çıxan azərbaycanlılar pulsuz Buxarest-İstanbul təyyarəsi ilə İstanbula çatdırılır. Lakin siyahıya yazılmaq lazımdır. Sığıncaqda isti yemək, çay, kofe verilir", - vurğulayıb.

Son xəbərlər

Orphus sistemi