Ukrayna xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Ukrayna xarici işlər nazirinin müavini Azərbaycana gələcək Bakı. 13 dekabr. REPORT.AZ/ Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar bu gün Azərbaycana ikigünlük səfərə gələcək.
Xarici siyasət
13 Dekabr , 2018 10:58
Ukrayna xarici işlər nazirinin müavini Azərbaycana gələcək
0 : 00
0 : 00

Bakı. 13 dekabr. REPORT.AZ/ Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnar bu gün Azərbaycana ikigünlük səfərə gələcək.

Ukraynanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, nazir müavini dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.

Dekabrın 15-də isə V.Bodnar Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə birlikdə Taras Şevçenkonun abidəsi önünə çiçək qoyacaq, Ukrayna Azərbaycan Konqresinin üzvləri və Sumqayıt şəhərindəki İ.Frankov adına Ukraynanın icmasının nümayəndələri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi