Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.
“Müstəqillik Günü münasibətilə Azərbaycana ən səmimi təbriklərimi çatdırıram. Bu çətin dövrdə bizə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edir, hər iki ölkə üçün faydalı olacaq möhkəm əlaqələrimizn möhkəmlənəcəyinə ümid edirik", - paylaşımda deyilir.