Yuxarı
    Bağlamaq

    Ukrayna baş nazirinin humanitar məsələlər üzrə müavini Azərbaycana gələcək

    May ayında Bakıda Azərbaycan və Ukrayna arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

    Bakı. 19 fevral. REPORT.AZ/ Ukrayna baş nazirinin humanitar və sosial məsələlər üzrə müavini Vyaçeslav Kirilenko Azərbaycana gələcək. "Report" xəbər verir ki, bu barədə dəyirmi masa zamanı Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.

    V.Kirilenkonun Bakıya səfərinin yazda baş tutacağı gözlənilir.

    A.Mişenko ötən ilin noyabr ayında Ukraynanın baş nazirinin müavini Gennadi Zubkov və Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya baş tutan səfərini xatırladaraq o vaxtdan may ayında keçiriləcək hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq getdiyini qeyd edib. "Azərbaycan tərəfi ukraynalı biznesmenləri dəvət etdiyindən hazırda ekspert qruplarının görüşləri keçirilir, aqrosənaye kompleksi sahəsində Ukrayna nümayəndə heyətinin tərkibi müəyyənləşdirilir".

    Səfirin sözlərinə görə, martın əvvəllərində ASK sahəsində ekspertlər səviyyəsində ikitərəfli məsləhətləşmələr keçiriləcək. Bununla yanaşı, A.Mişenko energetika sahəsində azərbaycanlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin Ukraynaya səfərinin hazırlıqlarının getdiyini açıqlayıb.

    A.Mişenko hökumətlərarası komissiyanın keçirilməsindən sonra Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakıya səfər edəcəyini söyləyib: "Biz dövlət başçısının məhsuldar, çoxfunksiyalı səfərinə hazırlaşırıq".

    Müxtəlif sahələrdə əməkdaşlıq haqqında danışan diplomat hazırda aviasiya tikintisi sahəsində danışıqların aparıldığını qeyd edib: "Biz əməkdaşlıq üçün rəqabət aparacaq yox, bir-birini tamamlayacaq sahələr axtarırıq. Ukraynadakı vəziyyət bizi uzun müddət daxili duruma görə həll edə bilmədiyimiz məsələlərin həllinə məcbur edir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi