Türkiyənin yeni səfiri Bakıda diplomatik nümayəndəliyin kollektivinə təqdim edilib

Türkiyənin yeni səfiri Bakıda diplomatik nümayəndəliyin kollektivinə təqdim edilib Erkan Özoral səfir vəzifəsində İsmayil Alper Coşqunu əvəzləyib
Xarici siyasət
11 Oktyabr , 2016 19:38
Türkiyənin yeni səfiri Bakıda diplomatik nümayəndəliyin kollektivinə təqdim edilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı yeni təyin olunmuş səfiri Erkan Özoral diplomatik nümayəndəliyin kollektivinə təqdim olunub.

"Report"un diplomatik mənbələrə istinadən verdiyi xəbərə görə, səfir diplomatik missiyaya etimadnamələri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra başlayacaq.

Xatırladaq ki, Türkiyə səfiri dünən Azərbaycana gəlib. O, bu vəzifədə səfir İsmayil Alper Coşqunu əvəz edib.

Son xəbərlər

Orphus sistemi