Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək

Xarici siyasət
  • 25 may, 2018
  • 09:25
Türkiyənin müdafiə nazirinin müavini bu gün Gəncəyə gələcək

Bakı. 25 may. REPORT.AZ/ Türkiyənin müdafiə nazirinin müavini Şuay Alpay bu gün Gəncəyə gələcək.

Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Şuay Alpay Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, onun anasının atası (babası) Məhəmməd Qasım bəy 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzvlərindən olub və Azərbaycanın Milli Qəhrəmanıdır. Həmçinin 1920-ci ildə bolşeviklərin işğalı zamanı Gəncənin müdafiəsi məhz Məhəmməd Qasım bəyə tapşırılıb. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra belə o, silahını yerə qoymur və dağlara çəkilərək 1932-ci ilədək bolşeviklərə qarşı mübarizə aparır. Xalq arasında qaçaq Məhəmməd Qasım bəy kimi tanınan bu şəxs sonradan Türkiyəyə mühacirət edib.

Son xəbərlər

Bütün Xəbər Lenti