Türkiyənin baş naziri Azərbaycana səfərə yola düşüb

Türkiyənin baş naziri Azərbaycana səfərə yola düşüb Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb.
Xarici siyasət
14 Mart , 2018 10:43
Türkiyənin baş naziri Azərbaycana səfərə yola düşüb
REUTERS/ Yiannis Kourtoglou

Bakı. 14 mart. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb.

“Report” “Anadolu” agentlyinə istinadən xəbər verir ki, o, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib. 

Baş nazir deyib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşəcək: "Böyük güclər və başqalarının fəaliyyətini, ədalətsizlikləri müzakirə edəcəyimiz bir toplantı keçiriləcək. Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu Azərbaycan, İran və Gürcüstanın xarici işlər nazirlərinin Bakıda keçiriləcək dörd tərəfli görüşündə iştirak edəcək. Onlar xüsusi ilə Qafqaz və Orta Asiyada gördüyümüz və görəcəyimiz işləri müzakirə edəcəklər”.

B.Yıldırımı səfərdə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Pariyasının (AKP) parlamentdəki fraksiyalarından birinin sədri Mehmet Muş, AKP sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dosluq qrupunun sədri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çətin müşaiyət edir. 

O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. Türkiyənin baş naziri forum çərçivəsində “Güc: Böyük güclər və başqaları” mövzusunda keçiriləcək paneldə çıxış edəcək.

B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.

Son xəbərlər

Orphus sistemi