Türkiyə səfiri Azərbaycanı tərk edib

Türkiyə səfiri Azərbaycanı tərk edib Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.
Xarici siyasət
593
16 Aprel , 2021 22:21
Türkiyə səfiri Azərbaycanı tərk edib
Erkan Özoral
0 : 00
0 : 00

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Bakını tərk edib.

“Report” xəbər verir ki, diplomat bu gün ölkəsinə qayıdıb.

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti aprel ayında başa çatıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi