Ərdoğan: "Terror mədəniyyətlərarası ittifaqa ən böyük təhlükədir"

Ərdoğan: "Terror mədəniyyətlərarası ittifaqa ən böyük təhlükədir" "Onları qırmızı xalıda qarşılayıb, onlara silah-sursat, maliyyə yardımı edənlər günahkardır"
Xarici siyasət
26 Aprel , 2016 10:40
Ərdoğan: Terror mədəniyyətlərarası ittifaqa ən böyük təhlükədir

Bakı. 26 aprel. REPORT.AZ/ "Terror mədəniyyətlərarası ittifaqa ən böyük təhlükədir".

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumundakı çıxışında bildirib.

"Məzhəbçiliyə, irqçliyə və terrorçuluğa qarşı mübarizə edə bilməsək, mədəniyyətlərarası barış əldə etmək mümkün deyil. 35 ildir terrora qarşı mübarizə aparırıq. Bu müddətdə 40 min vətəndaşımızı itirmişik. Suriyada bir terrorçu hökumət başındadır. Ancaq onları qırmızı xalıda qarşılayıb, onlara silah-sursat, maliyyə yardımı edənlər günahkardır", - o deyib.

Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, terror və terrorçuya belə münasibət sivilizasiyalararası ittifaqa ən böyük maneədir.

Son xəbərlər

Orphus sistemi