Yuxarı
    Bağlamaq

    Türkiyə prezidenti BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək

    Prezident İlham Əliyev İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştiraka dəvət edilib

    Bakı. 15 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək.

    "Report" xəbər verir ki, bu barədə Türkiyənin dövlət başçısı Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

    O, həmçinin bu ilin may ayında İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etdiyini qeyd edib. "Ümid edirəm ki, Prezident Əliyevin qrafikində bu tədbirdə iştirak etmək üçün vaxt olacaq", - deyə o bildirib.

    R.T.Ərdoğan Azərbaycan Prezidentinin İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinə də dəvət olunduğunu vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi